Ermənistanda Sibir xorası yayılır
3 İyul 2021 14:30 DünyaErmənistanda Sibir xorasına daha beş nəfərin yoluxduğu üzə çıxıb.
Olaylar.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin "Facebook" səhifəsindən paylaşılan xəbərdə deyilir:
"Milli Xəstəliklərin Nəzarəti və Qabaqlanması Mərkəzi tərəfindən aparılan tədqiqat zamanı Şirak mərzi Ani dairəsinin İsahakian kəndinin beş nəfər sakinində Sibir xorası diaqnozu təsdiqini tapıb. Beləliklə, 2 iyul tarixinə olan vəziyyətə görə, Geğarkunik və Şirak mərzləri üzrə Sibir xorasına 8 yoluxma təsdiqlənib".
Qeyd edək ki, Göyçə mahalını əhatə edən Geğarkunik mərzi ərazisində iyunun 30-da üç sakinin Sibir xorasına yoluxduğu açıqlanmışdı. / Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31