Ermənistanda Sibir xorası yayılır
2 İyul 2021 20:55 DünyaErmənistanda Sibir xorasına daha beş nəfərin yoluxduğu üzə çıxıb.
Ölkənin Səhiyyə Nazirliyinin "Facebook" səhifəsindən paylaşılan xəbərdə deyilir:
"Milli Xəstəliklərin Nəzarəti və Qabaqlanması Mərkəzi tərəfindən aparılan tədqiqat zamanı Şirak mərzi Ani dairəsinin İsahakian kəndinin beş nəfər sakinində Sibir xorası diaqnozu təsdiqini tapıb. Beləliklə, 2 iyul tarixinə olan vəziyyətə görə, Geğarkunik və Şirak mərzləri üzrə Sibir xorasına 8 yoluxma təsdiqlənib".
Qeyd edək ki, Göyçə mahalını əhatə edən Geğarkunik mərzi ərazisində iyunun 30-da üç sakinin Sibir xorasına yoluxduğu açıqlanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31