Deputat: “AZAL qiymətləri azaltmalıdır, insanın cibinə girmək olmaz”

"Zaqatala hava limanının hər şeyi - müdiri, bağbanı, işçiləri və s. var. Ancaq təkcə təyyarəsi yoxdur". "Olaylar"n xəbərinə görə, bunu Milli Məclisin deputatı Elşən Musayev parlamentin bu gün keçirilən iclasında deyib. Deputat bildirib ki, insanları təyyarə üzünə həsrət qoymaq olmaz: "AZAL qiymətləri azaltmalıdır. Biletlərlə insanın cibinə girmək olmaz".

Deputat həmçinin toylarda bəylə gəlinin maskadan istifadəsi ilə bağlı qərara etiraz edib: "Toylarda bəylə, gəlinin maska taxmağını anlamıram. Onlar bilməlidirlər ki, kimə ərə gedir və ya kiminlə ailə həyatı qurur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31