Serj Sarkisyan: “İttiham tamamilə uydurmadır, mən günahkar deyiləm”

"Mən günahkar deyiləm".

Bunu məhkəmədə ittiham aktının yekun hissəsi oxunduqdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan söyləyib.

Hakim Serj Sarkisyandan ona qarşı irəli sürülən ittihamı qəbul edib-etmədiyini soruşub.

"Prokuroru dinlədim. İttiham tamamilə uydurmadır, prokurorluq tərəfindən siyasi sifarişin icrası çərçivəsində hazırlanıb",- deyə  Serj Sarkisyan bildirib.

Hakim ondan günahını qəbul edib-etmədiyini soruşduqda, Serj Sarkisyan "mən günahsızam",- deyə cavab verib. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31