Pişiklərin çölə çıxması qadağan edildi - 926 manat cərimə yazılacaq

Avstraliyanın Melburn şəhərinin şərqində yerləşən Knox bölgəsində ev pişiklərinə çölə çıxmaq qadağası qoyulub.

Olaylar.az xəbər verir ki, səlahiyyətlilər oktyabrın 1-dən tətbiq olunacaq çölə çıxmaq qadağasının məqsədinin pişikləri və vəhşi heyvanları qorumaq olduğunu bildiriblər.

Evlərindən birinci dəfə çıxan pişiklərə görə sahibləri 91 dollar (154 AZN), sonrakı qayda pozuntusuna görə isə 545 dollar (926 AZN) cərimə ediləcəklər.

Yerli idarəetmə qurumu açıqlamasında bildirib ki, bölgədə qeydiyyatda olan 7000 ev pişiyi özbaşına gəzə bilməz. Pişiklər yalnız onların çölə çıxmasının qarşısını almaq üçün çəpərlər salınması şərtilə evlərin bağ sahələrində gəzə bilərlər.

Knoxun ətraf mühit üzrə ixtisaslaşmış dərnəklərindən birinin rəhbəri Riçard Faraqer pişiklərin quşları, kiçik məməliləri və kərtənkələləri yemələrinin ekologiya üçün ciddi problemlər yaratdığını qeyd edib. 

Bəzi ekoloqlar tərəfindən müsbət qəbul olunan qərar Knox sakinlərinin isə mənfi reaksiyasına səbəb olub. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31