İran general Süleymaninin qatillərindən birini tapdı və öldürdü

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ceyms Uillis Qətərdə yerləşən aviabazada ölü tapılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Air Force Times nəşri yazıb. Məlumata görə, İran xüsusi xidmət orqanları Uillisi general Qasim Süleymanini öldürənlərin siyahısında olduğunu üzə çıxarıb.  55 yaşlı generalın döyüş əməliyyatları zamanı ölmədiyi bildirilir. Hazırda onun ölümünün təfərrüatları araşdırılır. Əsas versilayardan biri İranın mümkün iştirakıdır. Ölən hərbçi "Qırmızı at" eskadrilyasına rəhbərlik edib.

Xatırladaq ki, bir müddət əvvəl İranın briqada generalı İsmayıl Kaani Süleymaninin qətlində əli olanların üzə çxıarılacağını bildirmişdi. "Siz öz evinizdə rahat yata bilməyəcəksiniz və qisas alınacaq" deyə bildirmişdi. Qasim Süleymani ötən il yanvarın əvvəlində qətlə yetirilib. milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31