Putinin canlı yayımında aparıcı bu azərbaycanlı olacaq - FOTO
30 İyun 2021 13:13 Dünya"Rossiya" telekanalında prezident Vladimir Putinlə vətəndaşların canlı yayımlanacaq verilişinin aparıcısı azərbaycanlı jurnalist Nailə Əsgərzadə olacaq.
Olaylar.az xəbər verir ki, bu barədə RİA-Novosti məlumat yayıb.
Putinlə vətəndasşlaırn canlı görüşünü kim aparacaq sualına cavab olaraq N. Əsgərzadə deyib ki, mən aparacağam.
İkinci aparıcı isə "Birinci kanal"dan Yekaterina Berezovskaya olacaq.
Putinlə canlı yayımda əlaqə saxlamaq və cavab almaq üçün artıq 1,2 milyondan artıq sual və müraciət daxil olub. Onunla görüş bu gün reallaşacaq.

olke.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31