Bursada fəlakətli qəza: yük maşınının altında qaldı
30 İyun 2021 11:32 DünyaOlaylar.az türk mediasına əsasən bildirir ki,hadisə axşam saatlarında baş verib . Bursadakı magistral yolda gedən naməlum şəxs yük maşınının altında 200 metr sürünərək həyatını itirib.Qəza saat 22.00 radələrində mərkəzi Nilüfer mahalı, Gebze-Orhangazi-İzmir Quru yolu Bursa Şəhər Xəstəxanası Qovşağında baş verib. Hadisə yerinə gələn xilasetmə və təcili tibbi yardım qrupları, yük maşınının altından mərhum şəxsin cansız bədənini götürdülər. Prokurorluq tərəfindən aparılan istintaqdan sonra şəxsiyyəti hələ təyin olunmayan şəxsin cəsədi Bursa Ədli Tibb Təşkilatı meyitxanasına aparılıb, yük maşınının sürücüsü Bülent M. nəzarətə alındı. Hadisə ilə bağlı istintaq davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31