Ermənistanda COVID-19-a yoluxanların sayı 224 967 nəfərə çatıb
29 İyun 2021 14:26 DünyaErmənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 116 yoluxma halı qeydə alınıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 224 967 nəfərə çatıb.
Son 24 saat ərzində ölkədə koronavirusdan 4 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4514 nəfərə yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31