Çavuşoğlu və Lavrov sabah Antalyada görüşəcək

Türkiyə və Rusiyanın xarici işlər naziri Mövlud Çavuşoğlu və Sergey Lavrov iyunun 30-da Antalyada görüşəcək.

Olaylar.az bildirir ki, görüş zamanı nazirlər Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna, Əfqanıstan kimi məsələləri, eləcə də iqtisadi münasibətləri müzakirə edəcək.

Bundan başqa, koronavirusa qarşı Rusiyanın "Sputnik V" vaksininin Türkiyədə istifadəsi və istehsalı məsələləri müzakirə mövzusu olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31