Putin: Yeni silahları istifadəyə veririk

"Sarmat qitələrarası ballistik raketi, Tsirkon səsdən sürətli raketi, yeni S-500 müdafiə sistemləri və digər müasir silahlar yaxın günlərdə ordunun istifadəsinə veriləcək".

Olaylar.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin belə açıqlama verib. O hərbi akademiyanın məzunları ilə görüş zamanı bildirib ki, bir neçə müasir silahlar ordunun istifadəsinə verilib.

Onların arasında Avangard səsdən sürətli raketlər və Kinjal hipersonik raket sistemləri də var. metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31