İsveçin baş naziri istefa verdi

İsveçin Baş naziri Stefan Lövfen istefa verib.

Olaylar.az xəbər verir ki, buna səbəb baş nazirin iyunun 21-də parlamentdən etimad səsi ala bilməməsidir.

O, keçirdiyi brifinqdə parlament sədrinin təklifi olarsa, yenidən hökumət qurmaq istədiyini dilə gətirib.

"Koronavirus dönəmində erkən seçkiyə getmək yaxşı seçim deyil. Təkrar hökumət qurmağa namizədəm", - S.Lövfen bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31