Putin Rusiyadakı əcnəbilər barədə təlimat verdi

Rusiyada qeydiyyatda olan və müxtəlif sahələrdə fəaliyyət göstərən mühacirlər peyvənd olunacaq.

Olaylar.az xəbər verir ki, bu barədə prezident Vladimir Putin təlimat verib. Məlumata görə, iyulun 15-nə kimi vətəndaşlığı olmayan əcnəbilər peyvənd olunacaq.

Yerli mənbələr yazır ki, Rusiyada xarici ölkə vətəndaşlarının ödənişli vaksinasiya olunması məsələsi də nəzərdən keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31