Özünü Bülənt Ərsoya bənzədib insanların diqqətini çəkdi - VİDEO
26 İyun 2021 10:46 DünyaTürkiyənin Yalova şəhərində makiyajı və geyimi ilə özünü məşhur türkiyəli sənətçi Bülent Ərsoya oxşadan qadın yerli sakinlərin diqqətini çəkə bilib.
"Demirören Haber Ajansı" (DHA) xəbər verir ki, Zöhrə Özdemir stilist-vizajistdir və məşhur sənətçinin pərəstişkarıdır.
Z.Özdəmir bildirib ki, o, bu görünüşü ilə xüsusən pandemiya dövründə insanlara xoş əhval-ruhiyyə bəxş etmək niyyətindədir.
"İnsanların müsbət münasibətinin şahidi oldum. Yalovalıların məmnun qaldığını düşünürəm. Özümü xoşbəxt hiss edirəm", - deyə Z. Özdemir bildirib./Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31