Ermənistanda daha iki general istefaya göndərildi

Ermənistan Silahlı Qüvvələrinin Mühəndis Qoşunlarının rəisi general-mayor İşxan Matevosyan, həmçinin Silahlı Qüvvələrin Hava Müdafiə Qüvvələrinin rəisi general-mayor Armen Vardanyan vəzifələrindən azad edilib.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq fərmanları Ermənistan Prezidenti Armen Sarkisyan imzalayıb.

Qeyd edək ki, İ. Matevosyan 2015-ci ildə, A. Vardanyan isə 2012-ci ildə sözügedən vəzifələrə təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31