ABŞ Əfqanıstanda 650 hərbçi saxlayacaq

ABŞ Əfqanıstandan qoşunlarını çıxartdıqdan sonra bu ölkədə 650 amerikalı əsgər saxlamaq niyyətindədir.

Olaylar.az xəbər verir ki, bu məlumatı "Assoşeyted Press" agentliyi öz mənbələrinə istinadən yayıb.

Onların diplomatların təhlükəsizliyinin təminatı ilə məşğul olacağı bildirilib.

Daha bir neçə yüz amerikalı hərbçinin Türkiyə hərbçilərinə yardım etməsi üçün sentyabra qədər Kabil hava limanında qalacağı vurğulanıb. axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31