Lukaşenkonun həbs etdirdiyi jurnalist azadlığa BURAXILDI

NEXTA Teleqram kanalının bir müddət öncə həbs edilmiş keçmiş baş redaktoru Roman Protaseviç ev dustaqlığına buraxılıb.

Olaylar.az xəbər verir ki, Protaseviç mayın 23-də "Ryaneyr" aviaşirkətinin təyyarəsinin məcbur endirilməsindən sonra Belarus xüsusi xidmət orqanları tərəfindən həbs edilib. 

Bildirək ki, Minskin bu addımı Avropa Birliyinin kəskin reaksiyasına səbəb olmuşdu. Belə ki, bununla da  Minskə qarşı sanksiyalar dalğası başlamış və bəzi ölkələr Belarus üzərindən uçuşları dayandırmışdı.unikal.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31