Dəhşətli faciə: 300 nəfər öldü
Yəmən sahillərində gəminin qəzaya uğraması nəticəsində azı 300 qaçqının həyatını itirdiyi güman edilir.
25 İyun 2021 11:16 DünyaYəmən sahillərində gəminin qəzaya uğraması nəticəsində azı 300 qaçqının həyatını itirdiyi güman edilir.
Olaylar.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə BMT-dən açıqlama verilib. Məlumata görə, qəzaya uğrayan gəmidə hadisə zamanı 300-dən çox mühacirin olduğu ehtimal edilir. Bölgəyə xilasedicilər cəlb edilib.
Gəminin qəzaya uğramasına nəzərdə tutulduğundan çox yüklənməsinin səbəb olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31