10 gün qabaq ləğv edilən qadağa yenidən QÜVVƏYƏ MİNDİ

İsraildə qapalı məkanlarda maska taxmaq yenidən məcburi oldu.

İsraildə qapalı məkanlarda maska taxmaq yenidən məcburi oldu.

Olaylar.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb. Bu gün saat 12:00-dan etibarən bütün qapalı məkanlarda maska məcburi olacaq.

Bildirilib ki, İsraildə koronavirus epidemiyasının Delta variantının sürətlə yayılması bu addımı atmağa sövq edib.

Son sutkada ölkədə 205 nəfər COVİD-19-a yoluxub, 1 nəfər vəfat edib. Ölkədə aktiv xəstə sayı 789 nəfərdir.

Qeyd edək ki, infeskiyaya yoluxma hallarının azalması və əhalinin çoxunun peyvənd olunmasına görə, iyunun 15-də İsraildə qapalı məkanlarda maska taxılması tələbi aradan qaldırlmışdı. metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31