Bir ailənin 3 övladı FACİƏVİ şəkildə HƏLAK OLDU - FOTOLAR
23 İyun 2021 13:38 DünyaTürkiyənin Konya şəhərində suriyalı ailənin yaşadığı iki mərtəbəli evdə yanğın olub.
Olaylar.az xəbər verir ki, evin alt qatında baş verən yanğın daha da şiddətlənib. Hadisə yerinə dərhal yanğınsöndürən maşınları cəlb olunub. Yanğın qısa zamanda söndürülsə də, hadisə nəticəsində 4 yaşındaki əkiz qızlar Ayşə ve Fatma, 2 yaşındakı Nuran Əl-İsmayıl vəfat edib. Uşaqlardan ikisi yanaraq, digəri isə dağıntıların altında qalaraq vəfat ediblər.
Yanğına səbəb kimi uşaqların otağında olan elektrikli soba göstərilir.
Qeyd edək ki, yanğında 3 övladını itirən ailə başçısı kağız toplayaraq ailəsini dolandırırmış.

metbuat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

