İngiltərənin ən çox müzakirə olunan uşağı: Balaca Boris

İngiltərədə son günlər gündəm olan Balaca Boris görənləri təəccübləndirib.

Olaylar.az xəbər verir ki, əsl adı David Dorinina olan körpənin saçlarını görənlər onu Boris Consona bənzədirlər. 3 ay öncə dünyaya gələn Balaca Borisin atası və anası əslən rusdur. Lakin körpə Böyük Britaniyanın baş naziri Boris Consona çox bənzəyir. Körpənin ailəsi də bu bənzərliyi qəbul edərək onu Boris çağırdıqlarını bildiriblər.

Balaca Borisin anası Tatyana onun saçlarını düzəltməyin çox çətin olduğunu söyləyib: "Saçını idarə etmək çətindi. Eynən Boris Consonun saçları kimi. Kim bilir, bəlkə David bir gün baş nazir olacaq"- deyə qeyd edib.

metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31