Rusiyanın daha bir şəhərinə uçuşlar başlayır
22 İyun 2021 13:48 DünyaRusiyanın "S7 Airlines" aviaşirkəti iyulun 4-dən etibarən Saratov-Bakı marşrutu üzrə uçuşlara başlayacaq.
Olaylar.az Trend-ə istinadən bildirir ki, uçuşların həftədə bir dəfə bazar günləri Boeing-737 800 təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulur.
Saratovdan yola düşmə saat 18:00-da, Bakıya gəliş 20:20-də (hər istiqamət üçün yerli vaxtla) planlaşdırılır.
Xatırladaq ki, Rusiya tərəfi iyunun 28-dən etibarən Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən uçuşların sayını artırmağı planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31