İranın yeni prezidentindən ilk açıqlama: "Dərhal..."

İranda prezident seçkilərində qalib olan İbrahim Rəisi ilk dəfə mətbuat konfransı keçirib.
Olaylar.az xəbər verir ki, o, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları ləğv etməsi gərəkdiyini deyib:

Rəisi ABŞ prezidenti Co Baydenlə görüşüb-görməyəcəyi sualına isə "xeyr" cavabını verib.

"Xarici siyasətimiz (2015-dəki) nüvə razılaşması ilə məhdudlaşmayacaq. Dünya ilə qarşılıqlı əlaqədə olacağıq.
İran xalqının mənfəətini nüvə razılaşmasına bağlamayacağıq" - İ.Rəisi söyləyib.

İran prezidenti ABŞ-ın 2015-ci ildə nüvə razılaşmasını pozduğunu deyib:

"Avropa Birliyi də öhdəliklərini yerinə yetirmədi. ABŞ razılaşmadakı öhdəliklərinə əməl etməli və razılaşmaya geri qayıtmalıdır. Avropa isə ABŞ-ın təzyiqi altında qalmamalı və vədlərinə əməl etməlidir". ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31