"Qara göbələk" sürətlə yayılır: Bu ölkədə də aşkarlandı
21 İyun 2021 16:44 DünyaHindistanda vüsət alan "qara göbələk" xəstəliyi Argentinada da görülüb.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Belə ki, xəstəxanada koronavirusdan müalicə alan şəxsdə qara göbələk infeksiyasına rast gəlinib. Bundan sonra xəstə xüsusi otağa salınıb. Həkimlər infeksiyanın yayılmaması üçün xüsusi tədbirlər görüblər. Nazir bunun ölkədə ilk olduğunu açıqlayıb.
Qeyd edək ki, Hindistanda təxminən 10 min insanın yoluxduğu qara göbələk xəstəliyi, 200-dən çox insanın ölümünə səbəb olub. Ölümcül infeksiya bir müddət əvvəl də İraqda və Meksikada görülmüşdü.unikal
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31