Kreml Paşinyanı təbrik etdi
21 İyun 2021 14:52 Dünya"Kreml Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" Partiyasının seçkilərdə inamlı və qəti qələbəsini görür və erməni xalqını bu seçimləri ilə bağlı təbrik edir".
Olaylar.az Tass-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. "Biz MSK-nın seçkilərin baş tutduğu barədə informasiyasını alqışlayırıq" - deyə seçkilərlə bağlı sualı cavablandırarkən bildirib.
"Kreml arzu edir ki, xalqın parlament seçkiləri ilə bağlı qərarı ölkənin davamlı inkişaf və çətinliklərlə mübarizənin öhdəsindən gəlməyə kömək etsin", -deyə Peskov bildirib.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31