Azərbaycanla COVİD pasportunun qarşılıqlı tanınmasına hazırıq - Qazaxıstan XİN rəhbəri

Azərbaycan və Qazaxıstan arasında COVİD pasportunun qarşılıqlı tanınmasına hazırıq.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Muxtar Tleuberdi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan Qafqaz və Xəzər regionunda Qazaxıstanın əsas ticarət tərəfdaşıdır:

"Pandemiya ilə əlaqədar ticarət dövriyyəmiz azalıb. Biz ticarət dövriyyəsinin artması üçün işlərin görülməsinə, eyni zamanda qısa müddətdə Azərbaycan və Qazaxıstan arasında aviaəlaqələrin bərpasına, COVİD pasportunun qarşılıqlı tanınmasına hazırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31