Hindistanda yeni koronavirus mutasiyası yayıldı - Bəzi əyalətlər təcrid edildi
Hindistanın Maharaştra əyaləti, delta plus (B.1.617.2.1) adı alan yeni koronavirus ştammına 20 yoluxma faktı barədə məlumat verib.
21 İyun 2021 11:54 DünyaHindistanın Maharaştra əyaləti, delta plus (B.1.617.2.1) adı alan yeni koronavirus ştammına 20 yoluxma faktı barədə məlumat verib.
"Navi- Mumbaidə, Palgarda və Ratnagiridə delta plus aşkar etdik. Bundan sonra analiz üçün daha çox nümunə göndərdik və hüsabat gözləyirik",- deyə Tibbi Təhsil və Tədqiqat şöbəsinin müdiri doktor T.P. Lahan Hindistan TV-yə bildirib.
Olaylar.az xəbər verir ki, Ratnagiri liman şəhərində yeni ştamma beş yoluxma faktı qeydə alınıb. İki xəstədə yoluxma əlamətlərinin olmadığı bildirilir. Hakimiyyət koronavirus infeksiyasının yayılmasını dayandırmaq üçün mutasiyanın aşkarlandığı rayonları təcrid edib.
Son aylarda bir çox ölkədə 2020-ci ilin 5 oktyabrında Hindistanın Maharaştra əyalətində aşkar edilən B.1.617 koronavirus ştammına yoluxma halları qeydə alınıb. Yerli həkimlərin fikrincə, bu mutasiya Hindistanda koronavirusun ikinci dalğasına səbəbolan amillərdən biri ola bilər.
Əvvəllər bu növün üç alt növü - B.1.617.1, B.1.617.2 və B.1.617.3 aşkar edilmişdi. Yeni alt növ isə sünbül zülalında K417N mutasiyasının olması ilə fərqlənir, bu isə xəstələnib sağalmış və vaksinasiya olunmuş insanların orqanizmində zərdab və antitellərin fəallığını zəiflədə bilər. Hindistan həkimlərinin qeyd etdiyi kimi, bu ştamm ilk dəfə bu ilin martında Avropada aşkar edilmişdi.
Qeyd edək ki, Hindistan dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə ilk yerlərdən birini tutur. Yerli Səhiyyə Nazirliyinin son məlumatına görə, ötən il mart ayından etibarən, orada koronavirus pandemiyası başlayandan bəri, koronavirusa yoluxanların ümumi sayı 29,8 milyonu keçib, 28,7 milyondan çox insan sağalıb, 386 mindən çoxu ölüb, 729 min koronaviruslu xəstə hazırda müalicə müalicə olunur.sfera