Ermənistanda keçirilən seçkilərdə parlamentə kimlər düşdü?

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səslər hesablanıb. Paşinyan 53,9% liderdir. Bu isə,  Nikolun parlamentdə təkbaşına ağalıq etməsi deməkdir.  54%  səs təkpartiyalı hökumət deməkdir”.

"Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səslər hesablanıb. Paşinyan 53,9% liderdir. Bu isə,  Nikolun parlamentdə təkbaşına ağalıq etməsi deməkdir.  54%  səs təkpartiyalı hökumət deməkdir".

Bunu "Olaylar"a deyən Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun sözlərinə görə, beləliklə, Paşinyan nəinki qalib gəldi, o, təkbaşına hökumət qurmaq və parlamentdə qanunları heç bir kənar qüvvənin köməyi olmadan qəbul etmək imkanlarına malik oldu:"Koçaryanın bloku - 20,8%; Sarkisyanın bloku - 5,2%. Başqa partiyalar parlamendə düşə bilmədilər. Xatırladım kı, partiyalar üçün 5%, bloklar üçün isə 7%  seçki baryeri mövcuddur. Eyni zamanda parlamentdə mütləq 3 partiya olmalıdır. Əgər üçüncü partiya keçmirsə, onu avtomatik qanunverici orqana daxil edirlər. Görünən odur kı, parlamentdə Paşinyana rəqib keçmiş hakimiyyətlər, Qarabağ erməniləri olacaq. İşıqlı Ermənistan partiyası keçsəydi vəziyyət bir qədər fərqli ola bilərdi. Öz növbəsində Sarukyanın dördüncü partiya olmaması Koçaryan və Sarkisyanın manevr imkanlarını bir qədər daraldacaq. Paşinyan artıq qələbəsini elan etdi. O, Rusiya  Fransa,  ABŞ, Aİ, İran və Gürcüstana təşəkkür etdi,  KTMT və Avrasiya İttifaqı ilə əməkdaşlığı genişləndirəcəyini bəyan etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31