Nə oldu Köçəryan?

“Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun tərəfdarlarının növbədənkənar parlament seçkilərinə bəslədikləri ümidləri alt-üst oldu.

"Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun tərəfdarlarının növbədənkənar parlament seçkilərinə bəslədikləri ümidləri alt-üst oldu. Seçkiqabağı təbliğat zamanı koalisiya formasında olsa da parlamentdə təmsil olacaqlarını düşünən Qarabağ erməni klanı seçkilərin ilkin nəticələrinə görə çox az sayda yerlə kifayətlənəcəklər. Bu isə onların iddialarından çox aşağı göstəricidir və ermənistanın siyasi həyatında rol almağa onlara imkan verməyəcək. Belə olan halda bu blokun ümumiyyətlə səsvermə nəticəsində əldə edəcəyi mandatlardan imtina edərək digər vasitələrə əl atacağı gözlənilir". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində ilkin nəticələr artıq məlumdur: "Bülletenlərin əksər hissəsi sayılıb və seçkidə Baş Nazir vəzifələrini icra edən Nikol Paşinyanın başçılıq etdiyi "Vətəndaş Müqaviləsi " blokunun qələbəsi artıq heç kimdə şübhə doğurmur. İlkin hesablamalara görə keçmiş prezident Robert Köçəryanın " Ermənistan" bloku "Vətəndaş Müqaviləsindən" 3 dəfə az səs toplayıb. Bülletenlərin tam sayılmasından sonra nəticələri Paşinyanın blokunun xeyrinə yenə də dəyişəcəyi proqnozlaşdırılır. Çünki, Köçaryan qazandığı səslərin əsas hissəsini  Ermənistan paytaxtı İrəvanın hesabına əldə edib. Beləliklə, Robert Köçəryan ya Ermənistan siyasətinə qayıtmaq arzusu və gələcək siyasi karyerası ilə vidalaşmalı, ya da seçkilərin nəticələrini tanmayaraq Paşinyanla mübarizəni sona qədər davam etdirməlidir. Üçüncü yol görünmür.Burada Robert Sedraki Köçəryandan soruşmaq yerinə düşərd: -Nə oldu Köçəryan?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31