Rusiyanın Kemerovo vilayətində "L-410" tipli təyyarə sərt eniş edib.
Olaylar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə zamanı təyyarədə olan 20 nəfərdən 7-si ölüb, 13-ü yaralanıb.
Qəzaya səbəb təyyarənin mühərriklərindən birində problemin yaranması olub.
Nəticədə təyyarə eniş edən zaman meşə massivi ilə toqquşub.