İbtidai sinif şagirdindən Makrona şok sual: "Şillə necə idi?"

Fransa prezidenti Emmanuel Makron yenidən şillələnmə mövzusu ilə müzakirə obyekti olub.

Olaylar.az bildirir ki, bu dəfə Makron məktəblərdən birinə ziyarəti zamanı gözlənilməz sualla qarşılaşıb. İbtidai sinif şagirdlərindən biri Fransa prezidentinə "şillə necə idi?" sualını ünvanlayıb. Suala görə şoka düşən Makron bir müddət səssiz qaldıqdan sonra bu cavabı verib:

"Xoş deyildi. Kiməsə vurmaq heç bir zaman yaxşı deyil".

Xatırladaq ki, E.Makron Drom şəhərində sakinlərlə görüşdə naməlum kişi tərəfindən şillələnmişdi. Həmin şəxsin döyüş ustası olduğu məlum olmuşdu. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31