COVID-19-la bağlı məhdudiyyətlərin müddəti uzadıldı - Moskvada

Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin müddəti uzadılıb.

Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin müddəti uzadılıb.

Olaylar.az xəbər verir ki, Moskva meri Sergey Sobyanin məhdudiyyətlərin iyunun 29-na kimi uzadıldığını, bununla yanaşı, yeni təbirlərin görüləcəyini deyib.

Onun sözlərinə görə, əyləncə mərkəzlərindəki uşaq meydançaları və oyun otaqları daha 10 gün qapalı qalacaq, eyni zamanda, Moskvada COVID-siz restoranlar təcrübəsinə başlanılacaq və maksimum min nəfərlik tədbirlərə icazə veriləcək.

Moskvada koronavirusa yoluxma halının kəskin artmasına görə, iyunun 12-dən başlayaraq bir həftəlik qeyri-iş həftəsi elan olunub. Ayın 13-dən 20-dək restoran və klublara axşam saat 23-dən səhər saat 6-dək yerində xidmət göstərmək qadağan olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31