Ermənistanda seçkiqabağı kompaniya sona yetir

Ermənistanda İyunun 20 üçün nəzərdə tutulan növbədənkənar parlament seçkisi ilə əlaqədar seçkiqaqbağı kompaniyaya iyunun 7-də start verilmişdi.

1-ci yer uğrunda mübarizə Baş Nazir vəzifəsini yerinə yetirən Nikol Paşinyanın rəhbərliyi altında  " Vətəndaş müqaviləsi " bloku ilə keçmiş prezident Robert Koçaryanın rəhbərliyi altında "Ermənistan " bloku arasında gedirdi. Seçkiqabağı kompaniya zamanı kiçik partiyaların fəallığı demək olar ki, nəzərə çarpmadı. Digər iki eks prezident- Levon Ter-Petrosyan və Serj Sarqsyan siyasi səhnədə demək olar ki, görünmədilər. Onlar ara-sıra Paşimyanın "bostanına daş atmaqla" kifayətləndilər. Baş Nazirin vəzifələrini icraçısı və 20 iyun seçkisinin favorisi olan Paşinyan da  bu iki prezidentə baş qoşmağı özü üçün  vacib hesab etmədi və onların hərdə bir hay-küy salmalarına baxmayaraq " karvanın keçəcəyini" düşündü.

Seçkiqabağı parlament kompaniyası iyunun 18-nə qədər davam edəcək. Sonra isə "sükut günü" elan olunacaq. Lakin Koçaryanın seçki qərargahından verilən məlumata görə onların bloku "sükut gününü" də sakit qalmaq istəmir və bu günü ikinci Qarabağ müharibəsi zamanı itkin düşən ermənilərv üçün "matəm günü" elan edərək tədbirlər keçirmək istəyir.

2021-ci il növbədənkənar parlament seçkiləri Ermənistan tarixində ilk dəfə yalnız partiyaların təqdim etdikləri siyahilər əsasında keçirilir. Elə buna görə də rekord sayda iştirakçılar qeydiyyatdan keçiblər. 23 partiyanı təmsil edən 4 blok seçkilərdə iştirak edir. Parlamentdə təmsil olunmaq üçün partiyalar 4%, iki partiyalı bloklar 8%, üç partiyalı bloklar 9%, 4 və daha artıq bloklu partiyalar isə ən azı 10%-lik baryeri aşmalıdırlar. Seçkilərin nəticələrinə görə parlamentə keçən partiyalar koalisiyalarda birləşərək hökuməti qura bilməsələr bir aydan sonra ilk iki yeri tutan partiya və ya blokların iştirakı ilə seçkilərin ikinci tur keçiriləcək.

Qeyd etdiyimiz kimi Parlamentdə yüksək səslə təmsil olunmaq uğrunda mübarizə Baş Nazir vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyanla ikinci Prezident Robert Koçaryan arasında gedir. Koçaryan 1998-2008 ci illərdəki prezidentliyi dövründə əldə etdiyi nailiyyətləri bu seçki kompaniyasında təbliğat materialı kimi istifadə edir. Onun fikrincə, məhz bu dövrlər Ermənistanın fəal inkişaf etdiyi və öz təhlükəsizliyini təmin etməyə qadir olduğu  qızıl dövrləri olub. Koçaryan məhz Paşinyan hakimiyyətinin ölkəni üçüruma sürüklədiyini əsas gətirərək belə vəziyyətdə sakit tamaşaçı funksiyasında qala bilməyəcəyini əsas gətirərək Erməni xalqının acınacaqlı günündə ona rəhbərlik etmək istədiyini bildirir.

Artıq seçkiyə qalan müddət günlərlə deyil saatlarla hesablanır. 24 saatdan sonra seçki qutuları seçicilərin üzünə açılacaq. Seçkiqabağı kompaniyanın aparılması zamanı ciddi qanun pozuntusunun olması haqqında namizədlərdən iradlar daxil olmayıb. Paşinyanın əsas rəqibi olan Robert Köçəryan öz imkanlarından maksimum istifadə edərək seçkiqabağı kompaniyasını təşkil edib. Seçicilərlə görüşü  zamanı iqtidarda olan Paşinyan hökumətini Ermənistanı acınacaqlı vəziyyətə salmaqda günahlandıraraq hakimiyyətə gələcəyi  təqdirdəqısa müddətdə iqtisadiyyatda dönüşə nail olacağ haqda vədlər verib.

Amma Robert Köçəryanın verdiyi vədlərə artıq inanan yoxdur və onun insanlar arasında nüfuzunun yüksək olması haqqında şişirdilmiş məlumatların verilməsinə baxmayaraq Qarabağ Erməni klanının yenidən hakimiyyətə gəlməsi qorxusu Köçəryanın hakimiyyətə aparan yolda ən b öyük maneədir. Ermənilər yenidən Qarabağ " bataqlığına" girmək istəmirlər və doğru olaraq bu bataglığdan ikinci çıxışları olmayacağını düşünürlər.

Seçkiqabağı kompaniyada bütün namizədlər öz təbliğatlarını apardılar və onların qarşısında ciddi maneə çıxarılmadı və qanun pozuntusu olmadı. Amma müxalif qüvvələr kompaniyanın əvvəlində hakimiyyətin onlara normal seçkiqabağı kompaniya aparmağa imkan verməyəcəyini nproqnozlaşdırırdılar.

Seçki günü də ciddi problemin yaşayacağını düşünmürəm. Hakimiyyət Avropa və Amerika qarşısında özünü demokrat kimi göstərmək üçün seçkilərə müdaxilə etməyəcək və ya ciddi müdaxilə etməyəcək. Digər tərəfdən Paşinyan yeni qüvvə ilə hakimiyyətdə təmsil olacağına tam əmindir. Çünki əhalinin Qarabağ Erməni klanına olan qəzəb və nifrətindən xəbərdardır. 100-150 minlik Qarabağdan olan insanların 2 milyon Paşinyan tərəfdarları qarşısında davam gətirmələrini düşünənlər yalnız fantastik əsərlərin müəllifləri hesab oluna bilərlər.

Deməli, növbədənkənar parlament seçkisində Nikol Paşinyanın böyük qüvvə ilə hakimiyyətdə yenidən təmsil olunması yolunda ciddi maneə yoxdur. Amma Robert Köçaryan və onun tərəfdarlarının uğradıqları məğlubiyyəti necə qarşıklayacaqları haqqında heç kim proqnoz verə bilmir. Onlar seçkinin saxtalaşdırıldığını iddia edə, insanları mitinqə çağıra, hətta vətəndaş qarşıdurmasına qalxa bilərlər.

Digər tərəfdən, Paşinyanın yenidən hakimiyyətə qayıdışına Rusiyanın olacaq reaksiyası da məlum deyil. Hər halda seçkinin baş tutmasını gözləməkdən başqa yol yoxdur.

Əlimusa İbrahimov.

Politoloq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31