İranda prezident seçkiləri kimin qələbəsi ilə yekunlaşacaq?

Cənub qonşumuz seçkilərə hazırlaşır. İyunun  18-də İran İslam Respublikası özünün yeni prezidentini seçəcək. Bir qayda olaraq islahatçılar və mühafizəkarlar arasında gedən mübarizədən bu dəfə kimin qalib çıxacağı təxmin edilməkdədir.

Cənub qonşumuz seçkilərə hazırlaşır. İyunun  18-də İran İslam Respublikası özünün yeni prezidentini seçəcək. Bir qayda olaraq islahatçılar və mühafizəkarlar arasında gedən mübarizədən bu dəfə kimin qalib çıxacağı təxmin edilməkdədir.

Cənub qonşumuzda keçiriləcək prezident seçkilərinə diqqət çəkən politoloq Məhəmməd Əsədullazadə deyib ki, bu seçkilər əvvəlki seçkilərdən fərqli olaraq bir o qədər də ciddi şəkildə siyasi gündəm olmayacaq. Onun sözlərinə görə, çünki, artıq seçkinin favoriti var: "Bu, mühafizəkarların lideri İbrahim Rəisidir. Onun qalib olacağı indidən bəllidir. Çünki, islahataçıların güclü namizədi seçkilərə buraxılmadı və mühafizəkarlar hazırkı seçkiləri öz nəzarətinə aldılar. Bu da İranda sistem daxili demokratiyanın olmadığını göstərir. Halbuki, İran bu illərə qədər keçirdiyi seçkiləri demokratik seçki adlandırırdı.  Qeyd edək ki, islahatçıların mövqelərinə zərbə vurulandan sonra İran əhalisi bu seçkilərdə maraqlı deyil. Əgər, islahlatçıların namizədi seçkilərə qatılacaqdırsa, onların namizədi qalib gələcəkdir. Çünki, İran ABŞ arasında nüvə anlaşması masadadır və iqtisadi sanksiyaların aradan götürülməsi gözlənilir. Bu danışıqları da məhz islahatçılar başlayıb. Amma, İbrahim Rəsinin prezident seçilməsi ABŞ-la danışıqlara zərbə vurmayacaq. Nüvə danışıqları davam edəcək. İran da sanksiyaların götürülməsində maraqlıdır".

Politoloq bildirib ki, İbarhim Rəsinin prezident seçilməsi Yaxın Şərqdə aparılan siyasətin qonşularla münasibətlərin normallaşmasına istiqamətləndirəcək: "İran daxilində siyasi repressiyalar artacaq və insan hüquqları sayəsində geriləmələr labüddür. Bundan əlavə, İranda azərbaycanlıların və digər xalqların hüquqları tanınmayacaq. Ötən gün İbrahim Rəisi Təbrizdə çıxışında azərbaycanlılara imtiyazlar tanıyacağını elan etdi. Bu bölgəni inkişaf etdirəcəyinə söz verdi. Təbii ki, bu seçki öncəsi səslərin qazanmasına hesablanıb. İbrahim Rəisi prezident seçiləndən sonra, birinci siyasi repressiyaları Təbrizdən və azərbaycanlılardan başlayacaq. Çünki, azərbaycanlılar bu bölgənin inkişaf etdirilməsini və milli haqlarını tələb edirlər. İbrahim Rəisi uzun illər Məhkəmə hakimi və Baş prokuror olaraq məhz bu istiqamətlərdə  əsas cəza verən kimi tanınıb. Onun yenidən cəza aparatını dövlət siyasətinə gətirməsi  mümkündür

İranın Azərbaycanla əlaqlərinə gəldikdə isə, politoloq deyib ki, Türkiyə Azərbaycan arasında imzalanan "Şuşa" Bəyannaməsi İranın əlini qolunu bağlayacaq: "İran çalışacaq ki, Azərbaycanla müəyyən əlaqələri qoruyub saxlasın".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da deyib ki, seçkilərdə Rəisinin qələbə qazanmaq şansı çoxdur: "Seçkiyə 7 namizəd qeydə alınmışdı, 4-ü qaldı, 3-ü namizədliyini geri götürdü.  Namizədliyini geri görütənlər bunlardır: Əlireza Zakani, Səid Cəlili və Möhsün Mehralizadə. Birinci iki siyasətçi namizədliklərini mühafizəkarların lideri sayılan İbrahim Rəisinin xeyrinə geri götürdüklərini bildiriblər. Hər ikisi tərəfdarlarını seçkidə İbrahim Rəisiyə səs verməyə çağırıblar. İslahatçı namizəd sayılan Möhsün Mehralizadə isə tərəfdarlarına kimi dəstəkləməyi məsləhət görməyib. Bununla Əbdülnasir Həmmati seçkidə yeganə islahatçı namizəd kimi qalıb".

Politoloq deyib ki, böyük ehtimalla Əlireza Zakani və Səid Cəlili namizədlikləri qeydiyyatdan əvvəl İbrahim Rəisini dəstəkləyəcəklərini müəyyənləşdirmişdilər: "Yəni hər iki namizəd faktiki İbrahim Rəisinin "layihəsi" olub. İranda keçiriən son rəy sorğusu prezident seçkisində İbrahim Rəisinin qələbə çalacağını göstərir. İbrahim Rəisi son sorğunun nəticəsinə görə 57 faizlə irəlidədir. O biri namizədlər 2-5 faiz arasındadırlar. Misal üçün namizədliklərini geri götürən 3 namizədin toplam reytinqi 5 faiz civarında idi. Ancaq İranda sorğu nisbi xarakter daşıyır. Son sözü həmişəki kimi ölkə əhalisinin əksəriyyətini təşkil edən İran gəncliyi deyəcək və sürpriz istisna deyil. Seçkiyə bir neçə gün qalmış İŞİD qruplaşmasına məxsus terrorçular İran-İraq sərhədində partlayış törədiblər. Onlar elektrik xəttini partladıblar. Nəticədə İrandan İraqa elektrik ixracına bir müddət fasilə verilib. Seçki günü İranın bütün məntəqələrində təhlükəsizlik tədbirləri artırılacaq".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31