Putinlə Baydenin bir-birinə etdiyi hədiyyələr açıqlandı

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə büllur heykəlcik və firma günəş eynəyi hədiyyə edib.

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə büllur heykəlcik və firma günəş eynəyi hədiyyə edib.

Olaylar.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbəsinə istinadən bildirib.

Onun sözlərinə görə, eynək "Aviator" markasındandır.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, V.Putin öz həmkarına "Moskva" xoxloma yazı dəsti hədiyyə edib.

Qeyd edək ki, C.Baydenlə V.Putinin Cenevrədəki görüşü beş saata yaxın davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31