DƏHŞƏTLİ TƏHLÜKƏ: "Çin fəlakəti gizlədir" - Dünya narahatdır
15 İyun 2021 16:57 DünyaÇinin Guangdon əyalətindəki Taişan nüvə stansiyasında ciddi radioaktiv sızıntının olduğu bildirilir.
Olaylar.az xəbər verir ki, bu barədə fransız şirkət "Framatome"nin ABŞ hökumətinə göndərdiyi təcili şikayətdə qeyd edilib. İddialara görə, Çin hökuməti daha çox enerji əldə etmək üçün stansiyanın daha intensiv şəkildə fəaliyyət göstərməsini təmin edib. Xəbərdarlıqda bildirilir ki, stansiyada sızıntı və qəza iddiaları doğru olarsa, bu koronavirus pandemiyasından daha böyük fəlakətə yol açacaq.
Qeyd edək ki, beynəlxaql sazişlərə görə, nüvə qəzaları zamanı hər hansı xalq üçün təhlükə olarsa, yerli hökumətin bunu gizlədəcəyi təqdirdə digər dövlətlər təhlükəni elan etməlidir. metbuat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31