Əkiz bacılar eyni adamla nişanlandılar - VİDEO

Avstraliyada qeyri-adi hadisə yaşanıb.

Olaylar.az BAKU.WS-ə istinadən xəbər verir ki, Anna və Lusi Disinq adlı fenomen əkizlər Ben Börn adlı bəylə nişanlanıblar.

Onlar 7 il sevgili olub. Ben romantik məkanlardan birində "İkinizi də sevirəm. Mənim üçün çox dəyərlisiniz. Həyatımın geri qalanını sizinlə keçirmək istəyirəm. Xoşbəxt olmağınız üçün hər şeyi edəcəm", - sözlərini söyləyərək bacılara evlilik təklifi edib.

Avstraliya qanunların əsasən onlar rəsmi nikah bağlaya bilməyəcəklər. Belə olan halda əkizlər, 3 şəxsin rəsmi nikahına qadağa qoymayan ölkədə evlənmək istədiklərini bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31