Rusiyada miqrantların qalma müddəti uzadıldı - FOTO

Rusiyada miqrantların qalma müddəti uzadılıb.

Olaylar.az xəbər verir ki, Prezident Vladimir Putin miqrantların Rusiyada müvəqqəti qalma müddətini 2021-ci il sentyabrın 30-dək uzadıb.

Qeyd edək ki, əcnəbilərin Rusiyada müvəqqəti qalma müddəti bu gün bitdi.

Ölkədə qanunsuz yaşayan və sənədləri qaydasında olmayan hər kəs deportasiya edilməli idi.

Rusiya miqrantları heç bir qanun pozuntusu etmədikləri təqdirdə 30 sentyabr tarixinə qədər ölkədən çıxarmayacaq.

İcazəsi olmayan miqrantlar göstərilən vaxtdan əvvəl statuslarını leqallaşdırmaq və ya Rusiyanı tərk etmək üçün Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.konkret.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31