Əsgərlərin arasına girib özünü partlatdı: Çox sayda ölü var

Somalinin paytaxtı Moqadişoda hərbi bazaya hücum edilib.

Olaylar.az xəbər verir ki, təlim zamanı düşərgədə hərbçilərin arasında yer alan silahlının üzərindəki partlayıcı qurğunu işə salması nəticəsində azı 15 əsgər həlak olub. Çox sayda yaralı var.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməsə də, hadisənin Əl-Şəbab qruplaşması tərəfindən törədildiyi bildirilir. metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31