Türkiyə ordusuna ÇAĞIRIŞ EDİLDİ: Gəlin bizi xilas edin

"Türkiyədən və Suriyaya önəm verən bütün azad dünyadan xalqın və milli ordunun yanında yer alaraq Mənbic və Təl Rıfat şəhərlərini o cümlədən Suriyanın digər bölgələrini silahlılardan azad etmək üçün hərbi müdaxilə tələb edirik".

Olaylar.az xəbər verir ki, Suriyanın Müxalif və İnqilabçı Qüvvələrin Milli Koalisiyasının rəhbəri Nasir Həriri belə çağırış edib. O Afrində PKK terrorçularının xəstəxanaya hücumunu pisləyərək, silahlıların arxasında ABŞ-ın olduğuna diqqət çəkib.

Həriri NATO zirvəsində məsələnin gündəmə gəlməsini tələb edib. metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31