Əfqanıstan ordusu əməliyyat keçirdi, 160 terrorçu öldürüldü
15 İyun 2021 10:59 DünyaƏfqanıstanın müdafiə və təhlükəsizlik qüvvələri son sutkada "Taliban" hərəkatının 160-a yaxın silahlısını zərərsizləşdirib, 108-i isə yaralanıb.
Olaylar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, "Taliban"a qarşı əməliyyat son sutkada Kunduz, Qəznə, Badqis,Herat, Gilmend, Qor, Nanqarhar, Vardak və Bədəxşan əyalətlərində keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31