Bu gün saat 19:00-da... - Vacib görüşə saatlar qaldı
"Bölgə ilə bağlı humanitar məsələlərin həllində ABŞ Rusiyanı üstələməyə başlayıb”.
14 İyun 2021 13:28 Dünya"Bölgə ilə bağlı humanitar məsələlərin həllində ABŞ Rusiyanı üstələməyə başlayıb".
Bu sözləri Sfera.az-a açıqlamasında iyunun 12-də Bakı ilə İrəvan arasında baş tutan humanitar addımda vasitəilik qismində Vaşinqtonun önə çıxması fonunda Rusiyanın bölgədə həlledici xarici qüvvə statusunu tədricən itirəcəyinə münasibət bildirərkən politoloq Məhəmməd Əsədullazadə deyib.
Həmsöhbətimiz qeyd etdi ki, belə durumun yaranmasına görə Rusiyanın özü günahkardır: "Azərbaycan tərəfi bir müddət çalışırdı ki, sərhədlərin delimitasiya və demarkasiyasını, mina xəritələrinin verilməsini Rusiya təşkil etsin. Amma Rusiya humanitar məsələlərin həllində elə mövqe sərgilədi ki, nəticədə iki tərəf arasında münasibətlər daha da gərginləşdi. Bakı Rusiyanın humanitar məsələdə manipulyasiya etdiyini gördü. Bu boşluqdan isə ABŞ istifadə edərək, ortaya daha ardıcıl və praqmatik siyasət qoydu, nəticədə həmin məsələdə aktiv rol aldı".
Politoloq bildirib ki, Moskvanın siyasəti Bakı ilə yanaşı İrəvanı da qane etmir: "Ağ Ev Rusiyanı üstələmək istiqamətində addım atmaq üçün ən optimal variant olaraq məhz humanitar missiyanı önə çəkdi və bunu bacardı".
M. Əsədullazadə növbəti addım olaraq ABŞ-ın bölgə ilə bağlı daha çevik siyasət aparacağını gözləyir: "Sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılmasında, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesində Vaşinqton aktivləşəcək. Bu istiqamətlərdə ABŞ-ın aktivləşməsi daxildə Paşinyanın mövqeyini gücləndirəcək və Rusiyanın Ermənistandakı mövqeyini zəiflədəcək".
metbuat.az