Paşinyandan acı etiraf: “Allah bizdən üz döndərib”

"Ermənistan Baş Nazir vəzifələrini icra edən Nikol Paşinyan  44 günlük müharibədə darmadağın olmalarının səbəblərini axtarmaqda davam edir. Əvvəllər seçicilərlə görüşü zamanı və ermənilərə müraciətlərdə bu məğlubiyyətin  siyasi, hərbi, geopolitoloji, iqtisadi, mənəvi-siyasi səbəblərlə əlaqələndirirdi. Son çıxışı zamanı isə "Allahın Ermənilərdən üz döndərməsini" də müharibədə udzmalarının səbəblərinə əlavə edib. "Bu gün görüşə gələrkən bir fikir yarandı məndə. Qoy bu sizə qəribə gəlməsin. Bəlkə 12-ci psalmada deyilən kimi Allah bizdən üz döndərib". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Paşinyanın bu müraciətində biz onun  addım-addım Azərbaycanlılara qarşı ermənilərin törətdikləri qəddarlığın da etirafına yaxınlaşdığını görürük: "Təbii ki, indi seçkiqabağı kompaniyanın qızğın vaxtında onun Robert Köçəryan və Serj Sarqsyanın günahsız Azərbaycanlılara qarşı işlədikləri cinayətlə bağlı Azərbaycandan üzr istəməsini gözləmək sadəlövhlük olardı. Amma bu açıqlama bəlkə də yenidən hakimiyyətə gəlmək uğrunda mübarizə aparan  keçmiş prezidentlərə və seçki qutusuna getməyə hazırlaşan ermənilərə  göndərilən bir mesajdir. Bununla o Köçaryan və Sarqsyan zamanı törədilən vəhşiliklərin cəzasını çəkdiklərini bildirməklə erməniləri onların yenidən siyasətə qayıtmasına mane olmağa çağırır. Amma ermənilərin Paşinyanın müraciətində gizlənən mənanı dərk etməyə zəkaları çatacaqmı? Bunu zaman göstərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31