Bazarda dəhşətli partlayış: 11 nəfər öldü, 144 yaralı var

Çində bazarda partlayış olub.

"Ölkə.Az" bildirir ki, yerli vaxtla səhər saat 06.30 radələrində Hubey əyalətinin Zanqvan rayonunun Şiyan şəhərində böyük ərzaq bazarında qaz sızması nəticəsində baş verən partlayış nəticəsində 11 nəfər ölüb.

Dağıntılar arasında çıxarılan 144 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 37 nəfərin durumu ağırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31