Ölümündən beş il sonra ATA OLDU - FOTO-VİDEO

Amerikalı Kimberli Holms-Iverson 5 il öncə dünyasını dəyişən həyat yoldaşından övlad dünyaya gətirib. Qadın bunu süni mayalanma (EKM - ekstrakorporal mayalanma) üsulu ilə edib.

Olaylar.az xəbər verir ki, bu barədə "The Sun" yazır.

Belə ki, Kimberli və Rəşid cütlüyü uzun müddət valideyn olmaq arzusuyla yaşayıblar, lakin kişi maşın vurma nəticəsində dünyasını dəyişib. Ərinin ölümündən bir neçə saat sonra qadın həkimlərə müraciət edərək Rəşidin spermasını dondurmağı xahiş edib.

Hadisədən bir neçə il sonra Kimberli çoxdan dostluq etdiyi Darianla ailə qurub. Qadın yeni həyat yoldaşına sağlığında ata olmaq arzusunda olan Rəşiddən övlad dünyaya gətirmək istədiyini bildirdikdə, Darian onun bu qərarını dəstəkləyib.

2021-ci ilin iyun ayında cütlüyün Kiran adında qızı olub. Bu ad Kimberli və Darian adının sintezidir, sanskrit dilindən isə "işıq" mənasını verir.

Ölümündən beş il sonra ATA OLDU - FOTO-VİDEOÖlümündən beş il sonra ATA OLDU - FOTO-VİDEOÖlümündən beş il sonra ATA OLDU - FOTO-VİDEOÖlümündən beş il sonra ATA OLDU - FOTO-VİDEO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31