Ukrayna Donbasdakı təmas xəttinə tanklar toplayır

Qondarma Luqansk Xalq Respublikasının (LXR) kəşfiyyatı Donbasdakı təmas xəttində yerləşən  yaşayış məntəqələrinə Ukrayna tanklarının toplnadığını qeydə alıb.

Olaylar.az-ın məlumatına görə, bu barədə RİA "Novosti" LXR xalq milisinin mətbuat xidmətinə istinadla məlumat verir.

Məlumata görə, təhlükəsizlik qüvvələri Rubejnoye yaşayış məntəqəsində ən azından 17 ədəd T-72B tankı yerləşdirib. İyunun 11-də isə həmin ərazidə onlarla 2S1 "Qvozdika" və 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, həmçinin 12 ədəd T-64 tankı aşkar edilib.

Qeyd edək ki, aprelin 10-da Rusiya Raket və Artilleriya Elmləri Akademiyası Prezidentinin informasiya siyasəti üzrə müavini, hərbi elmlər doktoru Konstantin Sivkov Ukraynanın yüzlərlə müharibəyə hazır tanka sahib olduğunu bildirmişdi. 

"Kiyev 450-500 ədədə yaxın tankı döyüş vəziyyətinə gətirə bilər. Bunlar əsasən T-64 və T-72, eləcə də elə həmin  T-64 bazasında hazırlanan  ən yeni model Ukrayna tanklarıdır. Yaxınlaşan döyüş əməliyyatları teatrının xüsusiyyətlərini nəzərə alaraq, deyə bilərik ki, bu tanklardan  300-320-yə qədəri DXR (red. qondarma Donetsk Xalq Respublikası) na qarşı, qalan 150- 180  ədədi isə  Luqansk istiqamətinə yönləndirilə bilər",-deyə müəllif yazır.      

Xatırladaq ki, Donbasdakı silahlı qarşıdurma altı ildən çoxdur  davam edir. 2014-cü ilin aprelində Ukrayna hakimiyyəti mərkəzi hökumət dəyişikliyindən sonra Kiyevdən ayrıldığını elan edən qondarma  DXR və LXR-na qarşı hərbi əməliyyata başladı. Ukrayna Rusiyanı Donbasın bir hissəsini işğal etməkdə və separatçılığı dəstəkləməkdə günahlandırır. Moskva Kiyevin iddialarını rədd edir. sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31