1 aydır görünməyən Kim Çen In nəhayət üzə çıxdı - Görüntüləri izlənmə rekordları qırır / FOTOLAR

1 aydır ictimaiyyət qarşısına çıxmayan Şimali Koreya lideri Kim Çen In nəhayət üzə çıxıb.

Olaylar.az xəbər verir ki, dövlət televiziyası Kim Çen Inın Əmək partiyasının iclası zamanı çıxışına dair görüntülərini paylaşıb. Görüntülərdə ölkə liderinin arıqladığı aydın görünür. Hətta bu Kim Çen Inın qoluna bağladığı saatın qayışının ölçüsündən də aydın görünüb. Bu görüntülər dünya mediasının gündəmini zəbt edib.

Qeyd edək ki, 37 yaşlı Kim Çen Inın çəkisinin buna qədər 140 kiloqram olduğu güman edilir.

metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31