Paşinyanın oğlundan atasının təklifinə CAVAB - "Bir şərtlə yola çıxmağa hazıram"

Paşinyanın oğlu Aşot atasının təklifinə özünün Facebook səhifəsində reaksiya verib.
 
Olaylar.az bildirir ki, bu barədə Ermənistanın Baş Nazir vəzifəsini icra edən Nikol Paşinyan özü paylaşım edib. Belə ki, Aşot da atasının təklifinə müsbət yanaşıb.
 
"Ermənistan əsgərlərinin geri dönməsi üçün Azərbaycana girov getməyə və ya başqa bir şərtlə yola çıxmağa hazıram və hər zaman da hazır olacam" , - deyə Nikolun oğlu qeyd edib. O həmçinin bildirib ki, bu məsələdə qırımızı xətt yoxdur və savaşmağa, ölməyə fədakarlığa hazırdır.
 
Xatırladaq ki, N.Paşinyan bu təklifi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın bir bəyanatına reaksiya verərkən irəli sürüb. "Mən razıyam. Rəsmən Əliyevə müraciət edirəm: öz oğlumu bütün əsirlərin qaytarılması müqabilində verməyə hazıram. Amma Serjik və Robikə insan alveri üzrə mütəxəssislər kimi bu məsələ barədə danışıqları aparmaq səlahiyyəti verirəm. Düşünürəm ki, bu işdə bir neçə min dollar qazana bilsəniz, kisənizə ziyan dəyməz" , - deyə o qeyd etmişdi.
 sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31