Britaniya səfiri Bakıda Uels yığmasını ziyarət etdi
9 İyun 2021 10:57 DünyaBöyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Uels yığmasını ziyarət edib.
Olaylar.az xəbər verir ki, səfir bu barədə tvitter hesabından məlumat paylaşıb.
Şarp Uels seçməsini yenidən Bakıda görməkdən məmnunluğunu bildirib: "Onların AVRO-2020 matçlarının təlim-məşqinə baş çəkməkdən, baş məşqçi Robert Peyc və Uels Futbol Assosiasiyasının prezidenti Kiran O Konnorla görüşməkdən məmnun oldum. Komandaya uğurlar"!.
Qeyd edək ki, Uels millisi AVRO-2020-də yer aldığı A qrupunda İsveçrə və Türkiyə ilə oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31