Ermənistanda üç nazir müavini vəzifəsindən azad edildi

Ermənistan baş nazirinin müavini səlahiyyətlərini icra edən Tiqran Avinyan xarici işlər nazirinin üç müavininin vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb.

Onlar Qaqik Qalaçyan, Avet Adonts və Artak Apitonyandır. Vəzifəsində qalan yeganə nazir müavini Armen Qevondyandır.

Müavinlərinin gedişi ilə bağlı məlumatlar xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanın 27 may tarixində istefasından sonra yayılmağa başladı. Daha əvvəl isə nazir müavini Qaqik Qalaçyan istefa verdi. unikal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31